Bank Of Baku

Amerika İnkişaf Bankı kapitalını kəskin artırır

Amerika İnkişaf Bankı kapitalını kəskin artırır
# 22 mart 2010 16:50 (UTC +04:00)
Bakı - APA. Amerika İnkişaf Bankı (IDB) kapitalın 70 mlrd. dollar artırılmasına dair qərar qəbul edib. APA-nın məlumatına görə, bu qərar bank üçün Latın Amerikası və Karib körfəzi dövlətlərinə maliyyə dəstəyini artırmaq imkanı yaradacaq. Qeyd edək ki, 2009-cu ildə bank 15,5 mlrd. dollar məbləğində kreditlər ayırıb ki, bu da əvvəlki illə müqayisədə 38% çoxdur.

Kapitalın artırılması ilə yanaşı bank rəhbərliyi Haitinin 470 mln. dollar məbləğində olan borcunun silinməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Amerika İnkişaf Bankı 1959-cu ildə Latın Amerikası və Karib körfəzi dövlətlərinə dəstək məqsədi ilə yaradılıb. Bankın səhmdarları sırasında 48 dövlət var ki, bunların yalnız 26-sı kredit almaq hüququna malikdir. Bankın əsas səhmdarları sırasında ABŞ, Çin, Yaponiya və Avropanın 16 ölkəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR