Bank Of Baku

“Bank Respublika”nın səhmdarlarının növbəti iclası keçiriləcək

“Bank Respublika”nın səhmdarlarının növbəti iclası keçiriləcək
# 26 mart 2010 07:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA. Aprelin 20-də “Bank Respublika” ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək. Bankın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, iclasda bankın 2009-cu il üçün illik maliyyə hesabatı, ötən il üçün kənar audit yoxlamasının nəticələri və 2009-cu il ərzində əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi müzakirə ediləcək. Yığıncaqda həmçinin bankın nizamnamə kapitalının mənfəət hesabına artırılması, nizamnaməyə əlavə və dəyişikliklər edilməsi, digər hüquqi şəxslərin kapitalında bankın iştirakı və xarici maliyyə qurumu ilə bağlanmış müqavilənin şərtlərinin təsdiqi məsələləri müzakirə obyekti olacaq.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın Bakı və regionlarda 34 filial və şöbəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR