Bank Of Baku

Dünya ticarətində 10%-lik artım gözlənilir

Dünya ticarətində 10%-lik artım gözlənilir
# 27 mart 2010 08:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2010-cu ildə dünya ticarəti həcminin 9,5% artacağını proqnozlaşdırır.

APA-Economics”in məlumatına görə, dünya ÜDM-in artımı üzrə cari proqnozlarını, neftin qiymətinin sabitliyini və əsas valyutaların məzənnələrini nəzərə alınmaqla inkişaf etməkdə olan ölkələrin ixracının 11%, inkişaf etmiş ölkələrin ixracının isə 7,5% artması gözlənilir.

ÜTT-nin məlumatında deyilir ki, dünya ticarəti üzrə proqnozlaşdırılan artım onun böhrandan əvvəlki səviyyəsinə qayıtması üçün kifayət deyil, lakin həmin artım tempi iki il ərzində müşahidə olunarsa, bu, mümkün olacaq. Həmçinin vurğulanır ki, dünya ticarətində göstərilən proqnozdan daha yüksək artım ola bilər ki, bunun üçün əsas amil kimi inkişaf etmiş ölkələrdə işsizliyin azalması qeyd olunur.

Xatırladaq ki, 2009-cu ildə dünya ticarətinin həcmi 12% azalıb. Bunun əsas səbəbi aparıcı ölkələrdə istehlak tələbatının və ticarət maliyyələşməsinin kəskin azalması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR