Bank Of Baku

Budapeştdə beynəlxalq bank konfransı keçiriləcək

Budapeştdə beynəlxalq bank konfransı keçiriləcək
# 29 mart 2010 07:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin aprel ayının 13-15-də Budapeştdə (Macarıstan) Mərkəzi və Şərqi Avropa Banklar Assosiasiyasının (BACEE) təşkilatçılığı ilə «Ölkə və Bank» adlı konfrans keçiriləcək.

«APA-Economics»in məlumatına görə, konfransda Avropa ölkələrindən, o cümlədən Mərkəzi və Şərqi Avropa, Cənub-Şərqi Avropa, həmçinin MDB ölkələrindən 70-dən çox bankirin iştirakı gözlənilir.

Qeyd edək ki, konfransın əsas məqsədi Mərkəzi və Şərqi Avropa, Baltikyanı ölkələrdə Cənub-Şərqi Avropada və MBD ökələrində böhranın aradan qaldırılması yolları, iqtisadiyyatda və bank sektorunda yeni imkanların yaradılmasıdır. Konfransda həmçinin 40-dan çox ölkənin nümayəndələri Mərkəzi və Şərqi Avropa, eyni zamanda MDB ölkələrinin maliyyə bazarlarının və bank sisteminin inkişafı müzakirə olunacaq. Panel müzakirələrdə mərkəzi bankların nümayəndələri, reytinq agentlikləri, kommersiya bankları və müstəqil analitiklər iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR