Bank Of Baku

«AccessBank» nizamnamə kapitalını 2 dəfə artırıb

«AccessBank» nizamnamə kapitalını 2 dəfə artırıb
# 29 mart 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC nizamnamə kapitalını 2,1 dəfə artıraraq 41,8 mln. manata çatdırıb.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, nizamnamə kapitalı əvvəlki illər ərzində əldə edilmiş bölüşdürülməmiş mənfəət hesabına artırılıb. Səhmlərin nominal dəyəri 1 manatdan 2,09 manata konvertasiya olunub, ümumi sayı isə sabit qalaraq 20 mln. ədəd təşkil edib. Eyni ilə, səhmdarlar arasında pay bölgüsü də dəyişmədən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW Almaniya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı hər biri 20%, «AccessHolding» (16,53%) və Almaniyanın «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) qalır.

Bankdan bildirib ki, nizamnamə kapitalının artırılması bankın gələcək inkişafı üçün kapital adekvatlığını təmin edəcək. Hazırda kapitalın adekvatlığı 25%, yəni Azərbaycan Mərkəzi Bankının minimal tələbindən iki dəfə artıqdır.

Bankın İdarə Heyətinin sədri Endrü Pospielovskinin sözlərinə görə, nizamnamə kapitalının 50 mln. ABŞ dolları həddini keçməsi bankın gələcək inkişafı üçün güclü zəmin yaratmaqla yanaşı, mikro və kiçik biznes sektorunun, eləcə də iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsinə, həmçinin yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR