Bank Of Baku

Dünyanın ən iri iqtisadiyyatında paradoks yaranıb

Dünyanın ən iri iqtisadiyyatında paradoks yaranıb
# 29 mart 2010 11:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ iqtisadiyyatında paradoks yaranıb və bunun səbəblərini hətta Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke anlaya bilmir. «APA-Economics»in məlumatına görə, bu barədə yazan «Reuters» agentliyi qeyd edir ki, paradoks ondan ibarətdir ki, ölkə iqtisadiyyatı sürətlə artdığı bir şəraitdə yeni iş yerlərinin açılmasının səbəbləri məlum deyil.

Analitiklərin fikrincə, məşğulluq bazarına dair mart ayı üzrə hesabat mövcud vəziyyətə daha da qeyri-müəyyənlik əlavə edə bilər. Belə ki, «Reuters» tərəfindən aparılmış sorğuda iştirak edən iqtisadçıların bir hissəsi 400 min yeni iş yerinin açılmasını, digərləri isə iş yerlərinin ixtisarını proqnozlaşdırır.

Eyni zamanda, FES cari ildə işsizlik səviyyəsinin 10% təşkil edəcəyi ilə bağlı proqnozunu yenidən səsləndirib. Hazırda FES və iqtisadçılar əsas suala cavab tapa bilmir: niyə böhran nəticəsində əmək bazarında 8,4 mln. iş yeri azalıb və bu, böhran zamanı səslənən ən bədbin proqnozlardan da artıqdır.

B.Bernanke vəziyyətin iki mümkün ola biləcək səbəbini açıqlayıb. «Səbəbin biri iqtisadi geriləmənin hesablamalarımızdan daha kəskin olması ilə bağlıdır. İkincisi isə ondan ibarətdir ki, şirkətlər işçilərini ixtisar etməklə istehsal həcmini bərabər artırıb», - deyə FES başçısı bildirib.

Qeyd edək ki, vəziyyəti izah edə biləcək hər iki səbəbin nəzəri sübutu var, lakin onlardan hansının ilkin, hansının isə ikinci dərəcəli təsirə malik olduğu hələ də məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR