Bank Of Baku

«Azər-Türk Bank»a əlavə maliyyə vəsaiti ayrılacaq

«Azər-Türk Bank»a əlavə maliyyə vəsaiti ayrılacaq
# 30 mart 2010 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC Azərbaycanda fəaliyyətini daha genişləndirmək niyyətindədir. Bu barədə «APA-Economics»ə bankın Müşahidə Şurasının sədri Məmməd Musayev məlumat verib.

M.Musayevin sözlərinə görə, hazırda bankın türkiyəli təsisçilərlə «Azər-Türk Bank»a əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparılır: «Belə ki, türkiyəli təsisçilər bankın fəaliyyətinin genişləndirilməsi və onun kapitalının artırılması təklifi ilə çıxış ediblər».

M.Musayev həmçinin «Azər-Türk Bank»ın digər bir bankla konsolodisiyasının mümkünlüyü məsələsinə toxunub. M.Musayev belə bir məlumatın həqiqətə uyğun olmadığını bildirib: «Azər-Türk Bank»ın əsas fəaliyyət istiqaməti Türkiyə ilə idxal-ixrac əməliyyatlarının dəstələnməsindən ibarətdir».

Xatırladaq ki, «Azər-Türk Bank» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turan Bank» ASC (4%) çıxış edir. Hazırda bankın respublika üzrə 3 filialı, 4 bankomatı və 20 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR