«APA-Economics»in RBK agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya Rusiya başçılıq edir. Belə ki, 2009-cu ildə Rusiyada iqtisadi geriləmə 7,9% təşkil edib.
Bundan başqa, Almaniya və Yaponiyada ötən il ÜDM-in azalma tempi 5% səviyyəsində olub və bu ölkələr renkinqdə 2-ci və 3-cü yerləri bölüşür. Daha sonra siyahıda Böyük Britaniya (-4,8%), İtaliya (-4,7%), ABŞ (-2,4%) və Fransa (2,2%) qərarlaşıb. Çində hesabat ilində ÜDM 8,7% artıb, Braziliya, Hindistan və Kanada üzrə isə göstəricilər hələ dəqiqləşdirilməyib.
Bununla yanaşı, 2009-cu ildə ən yüksək inflyasiya Hindistanda qeydə alınıb. Belə ki, hesabat ilində Hindistanda bu göstərici 15% səviyyəsində olub. Rusiyada inflyasiya 8,8%, Braziliyada – 4,3%, Böyük Britaniyada – 2,8%, ABŞ-da – 2,7%, Çində – 1,9%, Kanadada – 1,3%, İtaliyada – 1%, Almaniya və Fransada – 0,9% təşkil edib, Yaponiyada isə 2009-cu ildə 1,7%-lik deflyasiya qeydə alınıb.
Bundan başqa, 2009-cu ildə sənaye istehsalında ən yüksək azalma Yaponiyada (-21,6%) olub. İtaliyada isə bu göstərici 17,6%, Almaniyada 16,1%, Fransada 11,9%, Rusiyada 10,8%, Böyük Britaniyada 10,2%, ABŞ-da 9,7%, Braziliyada isə 7,2% azalıb (Hindistan, Kanada və Çin üzrə məlumat yoxdur).
İşsizlik səviyyəsinə gəldikdə isə, 2009-cu ildə Fransada bu göstərici 9,4%, ABŞ-da – 9,3%, Rusiyada 8,4%, Kanadada – 8,3%, İtaliyada – 7,8%, Almaniyada – 7,5%, Yaponiyada – 5,1% səviyyəsində olub (Böyük Britaniya üzrə göstərici məlum deyil).
|
Ölkə |
ÜDM-nin azalması (%) |
İnflyasiya (%) | Sənaye istehsalının azalması (%) |
İşsizlik (%) |
1 | Rusiya | 7,9 | 8,8 | 10,8 | 8,4 |
2-3 | Almaniya | 5,0 | 0,9 | 16,1 | 7,5 |
2-3 | Yaponiya | 5,0 | 1,7 (deflyasiya) | 21,6 | 5,1 |
4 | Böyük Britaniya | 4,8 | 2,8 | 10,2 | m.y. |
5 | İtaliya | 4,7 | 1,0 | 17,6 | 7,8 |
6 | ABŞ | 2,4 | 2,7 | 9,7 | 9,3 |
7 | Fransa | 2,2 | 0,9 | 11,9 | 9,4 |
8 | Çin | 8,7 (artım) | 1,9 | m.y. | m.y. |
- | Braziliya | m.y. | 4,3 | 7,2 | m.y. |
- | Hindistan | m.y. | 15,0 | m.y. | m.y. |
- | Kanada | m.y. | 1,3 | m.y. | 8,3 |