Bank Of Baku

Mayın əvvəlində Azərbaycanda yeni prosessinq mərkəzi açılacaq

Mayın əvvəlində Azərbaycanda yeni prosessinq mərkəzi açılacaq
# 30 mart 2010 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC bu ilin may ayının əvvəlində Bakıda özünün prosessinq mərkəzini (Royal Bank Prosessinq Mərkəzi) istifadəyə verəcək. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Zaur Fərzəliyev bildirib.

Z.Fərzəliyevin sözlərinə görə, mərkəzinin istifadəyə verilməsi ilə bağlı yaxın günlərdə «VİSA» və «MasterCard» beynəlxalq ödəniş sistemlərinin yeni avadanlıqları quraşdırılacaq: «Artıq proqram təminatı alınıb və tətbiq olunub. Bütün proseslər bu ilin may ayının əvvəlində başa çatdırılacaq. Daha sonra Mərkəz bir müddət test rejimində işləyəcək».

Z.Fərzəliyev bildirib ki, mərkəzin açılması prosesinin ləngiməsi mart ayında qeyri-iş günlərinin sayının çox olması ilə bağlıdır.

Qeyd edək ki, bank Prosessinq Mərkəzinin yaradılması işlərinə 2009-cu ilin yanvar ayından başlayıb. Bu mərkəz vasitəsi ilə ay ərzində 1 mln-dan artıq plastik kart üzrə əməliyyatların aparılması mümkün olacaq.

Xatırladaq ki, hazırda Azərbaycanda «MilliKart», «Azericard», «Kapital Bank Prosessinq Mərkəzi» və «Texnikabank»ın «Texkart» Prosessinq Mərkəzləri fəaliyyət göstərir.

Əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR