Bank Of Baku

Beynəlxalq Valyuta Fondunun rəhbəri avrozona ölkələrini iqtisadi koordinasiyanı gücləndirməyə çağırıb

Beynəlxalq Valyuta Fondunun rəhbəri avrozona ölkələrini iqtisadi koordinasiyanı gücləndirməyə çağırıb
# 30 mart 2010 09:50 (UTC +04:00)
Bakı – APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan avrozona ölkələrini maliyyə sistemindəki disbalansdan yayınmaq üçün iqtisadi koordinasiyanı gücləndirməyə çağırıb.

APA-Economics”in xəbərinə görə, bu barədə BVF-nin yaydığı açıqlamada məlumat verilir.

D.Stross-Kan Varşava Biznes-Məktəbindəki çıxışında deyib ki, böhran dövründə Avropa inteqrasiyasının sürəti azalmamalı, əksinə, artmalıdır: “Avropa layihəsini daha yüksək səviyyəyə çatdırmağın vaxtı gəlib”.

BVF rəhbəri hesab edir ki, Avropa inteqrasiyasının faydaları heç bir şübhə doğura bilməz: “Üstəlik, Mərkəzi və Şərqi Avropa ölkələrinin Qərbi Avropa ölkələri ilə sıx inteqrasiyası onlarda iqtisadi artıma, ticarətin həcminin, investisiyaların və əhalinin gəlirlərinin artmasına səbəb olub. Avropa inteqrasiyasının ən böyük faydası sadə insanların həyat şəraitinin yaxşılaşmasıdır”.

D.Stross-Kan əlavə edib ki, maliyyə böhranı Avropa maliyyə sisteminin zəif tərəflərini üzə çıxarıb: “Ona görə də vahid Avropa qarşısında maliyyə sisteminə yenidən baxmaq, iqtisadi siyasətin koordinasiya olunması və iqtisadi artımın bərpasına nail olmaq vəzifələri durur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR