Bank Of Baku

«Rabitəbank»ın paytaxtdakı bir filialı yeni ofisə köçürülür

«Rabitəbank»ın paytaxtdakı bir filialı yeni ofisə köçürülür
# 30 mart 2010 12:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin «Səbail» filialı yaxın vaxtlarda yeni ofisə köçəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri Mərdanov Qardaşları,3 ünvanında yerləşən «Səbail» filialının fəaliyyəti bu günlərdə dayandırılıb.

Qeyd edək ki, bankın «Səbail» filialı üçün Bülbül prospekti,40 ünvanında ofis icarəyə götürülüb və hazırda həmin ünvanda təmir işəri aparılır. Bununla bağlı, filial fəaliyyətini bankın digər «Mərkəz» filialında (əvvəlki baş ofisdə) davam etdirir.

Xatırladaq ki, bankın ölkə üzrə 20 filialı fəaliyyət göstərir.

«Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərininn həcmi 103,736 mln. manat, depozit portfeli 84,889 mln. manat, kredit portfeli 72,710 mln. manat, məcmu kapitalı 13,146 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR