Bank Of Baku

Maliyyə Nazirliyinin əməkdaşı Bəhreyndə keçirilən «Təkrarsığorta» kursunda iştirak edib

Maliyyə Nazirliyinin əməkdaşı Bəhreyndə keçirilən «Təkrarsığorta» kursunda iştirak edib
# 30 mart 2010 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşı Turan Məmmədov Bəhreyn Bank Fəaliyyəti və Maliyyə İnstitutu (BİBF) tərəfindən Bəhreyndə keçirilən «təkrarsığorta» təlimində iştirak edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, xidmətinin aparıcı məsləhətçisi T.Məmmədov kursun imtahanından uğurla keçib. Daha sonra, T.Məmmədov qeyd olunan kursda keçilən nəzəri materialların real iş zamanı tətbiqini öyrənmək üçün Bəhreyndə yerləşən «TrustRE» təkrarsığorta şirkətində bir iş həftəsi təcrübə də keçib.

Qeyd edək ki, sığorta bazarında təkrarsığorta fəaliyətinə nəzarəti peşəkar səviyyədə həyata keçirmək üçün bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR