Bank Of Baku

Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin azalıb

Azərbaycanın tədiyə balansının müsbət saldosu kəskin azalıb
# 30 mart 2010 14:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu il üzrə tədiyə balansının ümumi saldosu müsbət 2 691 mln. ABŞ dolları təşkil edib ki, bu da ilk üç rübün yekunları ilə müqayisədə müsbət dəyişiklik deməkdir. Çünki həmin müddət üzrə müsbət saldo 934 mln. dollara bərabər olub. Eyni zamanda, 2008-ci illə müqayisədə tədiyə balansının vəziyyəti müəyyən dərəcədə pisləşib. Belə ki, 2008-ci il üzrə tədiyə balansının saldosu müsbət 12 049,9 mln. dollara bərabər və ya indikindən 4,5 dəfə çox olub.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2009-cu ildə neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 13,1 mlrd. dollar olub.

Tədiyə balansının cari əməliyyatlar hesabında 10,2 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 14,8 mlrd. dollar məbləğində olub. Bu profisit qeyri-neft sektoru üzrə cari hesabın 4,6 mlrd. dollarlıq kəsirini tam örtüb.

Tədiyə balansının əsas göstəriciləri

(mln. dollar)

 

2008-ci il

2009-cu il

I.Cari əməliyyatlar
hesabının saldosu                                 16 453,5                                                 10 172,8
Xarici ticarət balansı                                  23 011,7                                               14 582,9
Xidmətlər balansı                                      -2 342,6                                                -1 612,6
Gəlirlər balansı                                         -5 266,0                                                 -3 519,2
- İnvestisiya gəlirlərinin repatriasiyası          -5 346,9                                                 -3 603,0
Cari transfertlər balansı                               1 050,4                                                    721,7

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu                  -4 403,6                                                 -7 481,8
Birbaşa investisiyalar                                  -545,0                                                    146,2
- Azərbaycana cəlb olunmuş                      3 982,4                                                  2 899,0
- Xaricə yönəldilmiş                                    -555,6                                                    -326,1
- İnvestisiyaların repatriasiyası                  -3 971,8                                                 -2 426,7
Neft bonusu                                                   3,5                                                         1,0
Kreditlər və digər investisiyalar                  -3 862,1                                                 -7 629,0

III.Tədiyə balansının
ümumisaldosu                                   12 049,9                                                   2 691,0



Ötən il ərzində xarici ticarət dövriyyəsi 27,6 mlrd. dollar təşkil edib və xarici ticarət balansı 14,6 mlrd. dollarlıq müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 140 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 10,4%-i MDB üzvü olan ölkələrin, 89,6%-i isə digər xarici dövlətlərin payına düşür.


Əmtəə ixracı 2009-cu ildə 21,1 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 90,7%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 19,1 mlrd. dollar məbləğinda neft və neft məhsulları ixrac olunub. İxrac olunmuş bütün neft məhsullarının 1 195,7 mln. dolları neft emalı məhsullarının, 17,9 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 16,8 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,1 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 200,7 mln. dolları “Şahdəniz” yatağından hasil edilmiş kondensatın, 913,5 mln. dolları isə ARDNŞ-nin payına düşür.

(mln. doll.)

İxracın strukturu

 

2008-ci il

2009-cu il

Yanacaq-xammal məhsulları

29098,9

19385,0

- neft məhsulları

28468,6

19137,5

-digər xammal

630,3

247,8

Maşın və avadanlıq

203,5

257,0

İstehlak malları

581,2

594,3

Digər mallar

702,8

860,2

- təbii qaz

674,4

832,0

İxrac cəmi

30586,4

21096,8



Ötən il ərzində Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 6,5 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 14% azdır:

(mln. doll.)

İdxalın strukturu

 

2008-ci il

2009-cu il

İstehlak malları

3020,3

2587,0

- ərzaq məhsulları

1042,8

826,7

- qeyri-ərzaq məhsulları

1977,5

1760,3

İnvestisiya yönümlü mallar

912,8

773,3

Digər mallar

3641,6

3153,6

İdxal cəmi

7574,7

6513,9



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 11,9% təşkil edərək 773,3 mln. dollar olub. Bunun 52%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilmiş mallar təşkil edir. Bundan başqa ölkəyə ümumi məbləği 3 153,6 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR