Bank Of Baku

«DəmirBank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 73% artırıb

«DəmirBank» əhalidən cəlb etdiyi əmanətlərin həcmini 73% artırıb
# 30 mart 2010 14:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin mart ayının 1-nə 264,9 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,7 mln. manat və ya 23,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın kredit portfelinin həcmi il ərzində 16,9 mln. manat artaraq 178,9 mln. manata çatıb. Həmçinin, müştəri depozitlərinin həcmi 89,9 mln. manat, əhalinin əmanətlərinin həcmi isə 75,5 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 73,3% və ya 31,9 mln. manat artıb.

Cari ilin mart ayının 1-nə bankın məcmu kapitalı 48,2 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,4 mln. manat təşkil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Bankın hazırda 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR