Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti yeni mükafata layiq görülüb

Beynəlxalq Sığorta Şirkəti yeni mükafata layiq görülüb
# 30 mart 2010 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Beynəlxlaq Sığorta Şirkətinə «Uğur» Milli Mükafatı təqdim edilib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu mükafat hər il respublikada iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən yüksək nailiyyətlər əldə etmiş şirkətlərə təqdim olunur. Ötən ilin nəticələrinə görə, maliyyə, sənaye, telerabitə, İT, nəqliyyat, tikinti, KİV, təhsil və xidmət sahələrində çalışan 29 şirkət təşkilatçılar tərəfindən bu mükafatın laureatı seçilib. Bu il «Uğur» milli mükafatının laureatlarından biri də «Sığorta bazarında yeniliklərin tətbiqi»nə görə Beynəlxalq Sığorta Şirkəti olub. Mərasimdə mükafatın təqdim edilməsi zamanı Şirkətin fəaliyyətini və uğurlarını əks etdirən videosüjet nümayiş etdirilib. Videosüjetdə şirkətin 2009-cu ildə Azərbaycanın sığorta bazarında ilk dəfə olaraq, şirkətin www.iic.az ünvanlı saytında sığorta şəhadətnamələrinin internet vasitəsi ilə on-line satışının tətbiq edilməsi, İSO 9001:2008 Beynəlxalq Keyfiyyət Sertifikatının alınması, «Moody’s Investment Company» beynəlxalq reytinq agentliyi tərəfindən şirkətə respublikanın sığorta şirkətləri arasında ən yüksək «stabil» proqnozlu «B2» maliyyə sabitliyi reytinginin (insurance financial strength rating, IFSR) verilməsi, Sumqayıt şəhərində yeni filialın açılışı və s. kimi naliyyətlər qeyd edilib.

Mərasim zamanı Beynəlxalq Sığorta Şirkəti tərəfindən tədbir iştirakçılarına sığorta xıdmətlərindən istifadə edərkən 20%-lik endirim hüququ verən kuponlar hədiyyə edilib.

Qeyd edək ki, Beynəlxalq Sığorta Şirkəti artıq ikincı dəfədir ki «Uğur» Milli Mükafatına layiq görülür. Birinci dəfə şirkət 2003-cü ildə ilin ən uğurlu sığorta şirkəti kimi həmin mükafatın laureatı olub.
Xatır
ladaq ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 37 sığorta növü üzrə xıdmətlər göstərir. Ötən ilin nəticələrinə görə, şirkət Azərbaycanın sığorta bazarında lider şirkətlərin ilk üçlüyünə daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR