Bank Of Baku

«AccessBank» filial şəbəkəsini genişləndirir

«AccessBank» filial şəbəkəsini genişləndirir
# 31 mart 2010 07:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC cari il ərzində daha iki regional filial açacaq. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bərdə və Göyçay rayonlarında açılacaq filiallar bankın sayca 24 və 25-ci filialı olacaq. Bu filialllar vasitəsi ilə müştərilər biznes kreditləri, mikro-kreditlər, beynəlxalq pul köçürmələri, valyuta mübadiləsi və digər bank əməliyyatları apara biləcəklər.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.

Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 307,373 mln. manat, bankın depozit portfeli 50,133 mln. manat, kredit portfeli 238,513 mln. manat, məcmu kapitalı 62,608 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR