Bank Of Baku

Azərbaycanın xaricdən cəlb etdiyi kapitalın həcmi ötən il 26% azalıb

Azərbaycanın xaricdən cəlb etdiyi kapitalın həcmi ötən il 26% azalıb
# 31 mart 2010 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 5,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən 25,6% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2008-ci il

2009-cu il

Birbaşa investisiyalar

3 982,4

2 899,1

- neft-qaz sektoru

3 339,8

2 146,3

- digər sektorlar

642,6

752,8

Kreditlər və digər investisiyalar

3 583,7

2 729,8

- dövlət təminatlı kreditlər

698,7

646,8

- dövlət təminatlı olmayan kreditlər

2 344,5

1 020,9

-- neft-qaz sektoru

690,1

77,0

-- banklar

1 278,5

734,8

-- digərləri

375,9

209,1

- digər investisiyalar

540,3

1 062,1

Neft bonusu

3,5

1,0

CƏMİ

7 569,6

4 109,9



Mərkəzi Bankın tədiyyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2 899,1 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 74% təşkil edir. Öz növbəsində, həmin sərmayələr iri neft-qaz layihələrinin, əsasən «Şahdəniz» layihəsi və «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin xüsusi çəkisi xarici kapitalın strukturunda 1,3 dəfə azalaraq 48,5% təşkil edib. Bu da əsasən dövlət təminatı olmadan cəlb olunmuş kreditlərin azalması ilə bağlıdır. Nəticədə, 2009-cu ildə cəlb olunmuş kredit və digər investisiyaların ümumi həcmi cəmi 2 729,8 mln. dollar təşkil edib. Bu məbləğin 646,8 mln. dolları birbaşa dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 1020,9 mln. dolları isə dövlət təminatı olmayan kreditlərin payına düşür ki, bunun da 734,8 mln. dolları banklar, 77 mln. dolları neft-qaz sektoru, 209,1 mln. dolları isə digər müəssisələr və şirkətlər tərəfindən cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR