Bank Of Baku

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının üçüncü tirajının qalibi müəyyənləşib

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının üçüncü tirajının qalibi müəyyənləşib
# 31 mart 2010 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin «Uduşlu pul köçürməsi» aksiyasının üçüncü tirajının qalibi müəyyənləşib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, üçüncü tirajın qalibi Rasim İsazadə 106 sm (42 düym) diaqonallı, maye-kristal ekranlı televizora sahibi olub.

Xatırladaq ki, «Bank Standard»da istənilən təcili pul köçürmə sistemi ilə azı 1000 dollar, 1000 avro və ya 30 min rubl məbləğdə hər pul köçürməsi bu aksiyada iştirak etmək üçün bir şans verir. Lotereya şanslarına məhdudiyyət qoyulmur. Lotereyanın növbəti tirajı bu ilin aprel ayının 26-da keçiriləcək.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR