Bank Of Baku

Azərbaycan əhalisinə xaricdən köçürülən pul vəsaitinin həcmi ötən il 17% azalıb

Azərbaycan əhalisinə xaricdən köçürülən pul vəsaitinin həcmi ötən il 17% azalıb
# 31 mart 2010 10:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2009-cu il ərzində 1 863 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 69,4%-i ölkəyə daxilolmaların payına düşüb.

Xarici ölkələrdən daxil olan pul baratları, humanitar mallar, texniki və digər yardımların ümumi dəyəri 1 292,3 mln. dollara bərabər olub. Cari transfertlər üzrə ümumi daxilolmaların 91,4%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,2%-ni ölkəyə gətirilən humanitar idxal malları, 6,4%-ni isə digər daxilolmalar təşkil edib. Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 721,7 mln. dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2008-ci il ərzində cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1 949,8 mln. dollara bərabər olub ki, bunun 76,9%-ni xarici ölkələrdən daxil olan pul baratları, humanitar mallar, texniki və digər yardımlar təşkil edib. Öz növbəsində bu daxilolmaların 94,4%-i xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratlarının payına düşüb.

Beləliklə, əvvəlki illə müqayisədə cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2009-cu ildə 4,5%, ölkəyə daxilolmalar 13,8%, xaricdən fiziki şəxslərə pul köçürmələri isə 16,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR