Bank Of Baku

Aprelin sonunda «Azərbaycan Sənaye Bankı»nın səhmdarlarının iclası keçiriləcək

Aprelin sonunda «Azərbaycan Sənaye Bankı»nın səhmdarlarının iclası keçiriləcək
# 31 mart 2010 12:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynqyuluyev – APA-Economics. Bu ilin aprel ayının sonunda «Azərbaycan Sənaye Bankı» ASC-nin səhmdarlarının növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlıamasında bankın İdarə Heyətinin sədr müavini Həsən Bədəlov bildirib.

H.Bədəlovun sözlərinə görə, iclasda səhmdarlar tərəfindən bankın 2009-cu ildəki fəaliyyəti üzrə təsdiqlənmiş hesabatı və cari məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 130,639 mln. manat, depozit portfeli 82,910 mln. manat, kredit portfeli 61,200 mln. manat, məcmu kapitalı 24,731 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR