Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Belarusa 670 mln. dollar kredit ayırıb

Beynəlxalq Valyuta Fondu Belarusa 670 mln. dollar kredit ayırıb
# 31 mart 2010 13:24 (UTC +04:00)
Bakı – APA-Economics. Belarus “stand-by” proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) ayırdığı kreditin sonuncu - beşinci tranşını alıb.

APA-Economics”in məlumatına görə, bu barədə Belarus Milli Bankı açıqlama yayıb. Sonuncu tranşın həcmi 670 mln. dollardır.

Qeyd edək ki, ötən ilin yanvarında Belarus hökuməti ilə BVF arasında 15 ay müddətinə razılaşma imzalanıb. Razılaşmaya əsasən, Belarusa 2,46 mlrd. dollar yarım ayrılması nəzərdə tutulurdu. İyunun sonunda fondun maliyyə dəstəyinin həcmi 3,52 mlrd. dollara qədər artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR