Bank Of Baku

«Moody’s»: MDB banklarında defoltun pik dövrü geridə qalıb

«Moody’s»: MDB banklarında defoltun pik dövrü geridə qalıb
# 31 mart 2010 13:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Moody’s Investor’s Service» beynəlxalq reytinq agentliyinin mütəxəssislərinin fikrincə, MDB ölkələrinin kommersiya banklarında müşahidə olunan defoltun pik dövrü artıq geridə qalıb.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, agentliyin hazırladığı «Dünya maliyyə böhranı dövründə MDB-də bank defoltları: statistik icmal» adlı məruzəsində qeyd olunur ki, qlobal maliyyə böhranı bir sıra banklarda defolta səbəb olub, lakin hazırda MDB banklarında vəziyyətin yaxşılaşması müşahidə olunur. Məruzədə həmçinin, «Moody’s» reytinqinə malik olan MDB-nin 190 bankında 23 defolt hadisəsinin qeydə alındığı bildirilir. Defoltun yarısından çoxu B reytinqinə malik olan bankların payına düşüb ki, bu kateqoriyada likvidliyin zəif idarə olunması və kredit portfelinin diversifikasiyasının pis təşkili əks olunur.

Məruzədə həmçinin, böhran dövründə bir çox MDB bankına hökumət və xarici investorlar tərəfindən yardımın göstərildiyi qeyd olunur ki, bu da öz növbəsində həmin baknların böhrandan az zərər çəkməsinə, bəzi hallarda isə ümumiyyətlə defoltdan xilas olmasına zəmin yaradıb. Buna baxamayaraq, belə bankların sayı çox azdır – ümumi sayın 10%-i.

Bank defoltlarının 85%-i böhranın pik dövründə (2008-ci ilin sonu – 2009-cu ilin ilk yarısı) müşahidə olunub.

Pik dövrünün geridə qalmasına baxmayaraq, «Moody’s» defolt risklərinin hələ də qüvvədə qaldığını bildirir. Belə ki, reytinqli bankların 90%-i spekulyativ əməliyyatlara üstünlük verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR