Bank Of Baku

Ötən il İqtisadi İnkişaf Nazirliyinə edilən müraciətlərin əsas hissəsi xarici iqtisadi və ticarət fəaliyyəti ilə bağlı olub

Ötən il İqtisadi İnkişaf Nazirliyinə edilən müraciətlərin əsas hissəsi xarici iqtisadi və ticarət fəaliyyəti ilə bağlı olub
# 01 aprel 2010 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə 11 533 müraciət daxil olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu müraciətlərin 609-u (5,3%) hüquqi normativ xarakterli olmaqla 1 941-i (16,8%) yuxarı dövlət orqanlarından, 4 243-ü (36,8%) mərkəzi icra hakimiyyəti və onlara bərabər tutulan icra hakimiyyəti orqanlarından, 2 046-sı (17,7%) digər idarə, müəssisə və təşkilatlardan, 1 391-i (12,1%) xarici və beynəlxalq təşkilatlardan, 1 301-i isə (11,3%) vətəndaşlardan daxil olub.

Korrespondensiyaların 5 980-i (51,8%-i və yaxud 2008-ci illə müqayisədə 2 412 çox) icra təyinatlı olub ki, bunların da 15%-i aidiyyəti üzrə tabeli qurumlara göndərilib.

Daxil olan müraciətlərin təqribən 8%-i (927) xarici investisiya fəaliyyəti, 23,3%-i (2 691) xarici iqtisadi və ticarət fəaliyyəti, 15,3%-i (1 768) daxili investisiya fəaliyyəti və dövlət proqramları, 12,8%-i (1 474) sahibkarlıq hüquqlarının müxtəlif aspektlərinin təmin edilməsi, 4,5%-i (515) güzəştli kreditlərin əldə edilməsi, 2%-i isə (230) istehlak hüquqlarının pozulması və ya antiinhisar fəaliyyəti ilə əlaqədar olub.

Bundan başqa, hesabat ilində Nazirlikdən 6 814 korrespondensiya göndərilib (1 159 çox). Ən çox korrespondensiya dekabr ayında (767), ən az isə fevral ayında (439) göndərilib. Xaric olan məktubların 1 230-u (18%) yuxarı dövlət orqanlarına, 2 371-i (34,8%) mərkəzi icra hakimiyyəti orqanları və onlara bərabər tutulan digər dövlət orqanlarına, 1 485-i (21,8%) digər idarə, müəssisə və təşkilatlara, 390-ı xarici və beynəlxalq təşkilatlara, 511-i (7,5%) tabeli qurumlara, 582-si isə (8,5%) vətəndaşlara göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR