Bank Of Baku

IFC Qlobal Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə «DəmirBank»a ayırdığı kredit xəttini iki dəfə genişləndirib

IFC Qlobal Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə «DəmirBank»a ayırdığı kredit xəttini iki dəfə genişləndirib
# 01 aprel 2010 07:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Qlobal Ticarətin Maliyyələşdirilməsi Proqramı üzrə Azərbaycanın «DəmirBank» ASC üçün ayrılan limiti 10 mln. ABŞ dolları məbləğinə qədər artırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Qlobal Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində «DəmirBank» üçün ayrılan əvvəlki məbləğ 5 mln. dollar təşkil edib. Kredit xəttinin uğurlu istifadəsi nəticəsində IFC bu məbləği 2 dəfə artırıb.

Qeyd edək ki, bu müqavilənin məqsədi qlobal ticarətin maliyyələşdirilməsi, ayrılmış vəsait hesabına idxal və ixrac əməliyyatlarının maliyyələşdirilməsi üçün kreditlərin verilməsidir. Müqavilə müddətsizdir, bu da bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi sahəsində əməliyyatları artırması və dövriyyənin uzun müddət yüksək olmasını təmin edir.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR