İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2003-cü ildə bütün mənbələrdən bu məqsədlər üçün 3,8 mlrd. manat investisiya qoyulmuşdursa, 2009-cu ildə ümumi investisiyalar 9 mlrd. manatdan artıq olub. Nəticədə, 2,4 dəfə artım qeydə alınıb.
Bununla yanaşı, 2009-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış 4 717 994,6 min manat vəsaitin bölgüsü əsasında Nəqliyyat Nazirliyinə 958 706,8 min manat, Mədəniyyət və Turizm Nazirliyinə 95 904,4 min manat, Səhiyyə Nazirliyinə 28 493,6 min manat, Gənclər və İdman Nazirliyinə 45 234,3 min manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 43 146,8 min manat, Təhsil Nazirliyinə 44 931,2 min manat, Ədliyyə Nazirliyinə 45 717,8 min manat, Bakı Metropoliteni İdarəsinə 107 250,0 min manat, «Azərsu» ASC-yə 97 062,9 min manat, «Meliorasiya və Su Təsərrüfatı» ASC-yə 88 057,0 min manat, «Azərenerji» ASC-yə 240 526,6 min manat, «Azərbaycan Hava Yolları» QSC-yə isə 54 721,2 min manat və s. vəsait ayrılıb.
* İnvestisiyalar, mlrd. manatla