Bank Of Baku

Almaniyada xüsusi bank vergisi tətbiq olunacaq

Almaniyada xüsusi bank vergisi tətbiq olunacaq
# 01 aprel 2010 08:14 (UTC +04:00)
Bakı – APA-Economics. Almaniya hökuməti gələcək böhranların qarşısını almaq üçün xüsusi bank vergisinin tətbiqi planını bəyənib.

APA-Economics”in məlumatına görə, plan çərçivəsində xüsusi stabilləşdirici fond yaradılacaq və Almaniyanın bütün kredit təşkilatları hər il ora müəyyən miqdarda vəsait köçürəcəklər.

Almaniya Nazirlər kabinetinin bu məsələ ilə bağlı keçirilən iclasından sonra açıqlama verən maliyyə naziri Volfhanq Şoyble bəyan edib ki, illik bank köçürmələrinin həcmi 1-1,2 mlrd. avro təşkil edəcək. hələlik hansı bankların və nə qədər vəsait köçürüləcəyinin həcmi müəyyənləşdirilməyib. Bəzi məlumatlara görə, bu ödənişlərin əsas hissəsi özəl bankların üzərinə düşəcək. kokret qanun layihəsi isə bu ilin iyul ayına hazır olacaq.

Almaniya hökumətinin planına əsasən, bank köçürmələrinin həcmi konkret bankən əməliyyatlarının nə dərəcədə riskli olmasından asılı olacaq. “Böhran bizə onu da öyrətdi ki, sahibkarların qazancı məsuliyyətlə uyğunlaşdırılmalıdır” – deyə V.Şoyble qeyd edib.

Plan həmçinin maliyyə çətinlikləri yaranan bankın müvəqqəti olaraq milliləşdirilməsini də nəzərdə tutur. Bəzi parlamentarların fikrincə, bu plan Almaniyanın maliyyə sistemini stabilləşdirməyə və bank sektorunu intizamlı olmağa sövq etməyə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR