Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondu intellektual və avtomatlaşdırılmış binanın tikintisi ilə bağlı tenderin qalibini elan edib

Azərbaycan Dövlət Neft Fondu intellektual və avtomatlaşdırılmış binanın tikintisi ilə bağlı tenderin qalibini elan edib
# 01 may 2010 09:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) A-sinif yeni ofis binasının inşaatı layihəsində intellektual və avtomatlaşdırılmış bina konsepsiyasının layihələndirilməsi və həyata keçirilməsinə nəzarət üçün məsləhət və peşəkar xidmətlərin satın alınması məqsədilə tenderin qalidini elan edib.

Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tenderin nəticələrinə görə İngiltərənin CDC (Central Data Control) şirkəti qalib olub və artıq ARDNF ilə şirkət arasında müqavilə imzalanıb.

Qeyd edək ki tenderin şərtlərinə əsasən, inşaat layihəsi 30 ay müddətində həyata keçiriləcək. Layihədə intellektual informasiya şəbəkəsi infrastrukturu, intellektual informasiya təhlükəsizliyi şəbəkəsi infrastrukturu, intellektual və avtomatlaşdırılmış bina və resursların idarə edilməsi sistemi şəbəkəsi infrastrukturu, təchiz edilmiş ofislərin konseptual layihəsi təlimatları, əməliyyat prosedurları və istifadəçi təlimatları, istifadəçilər üçün treninq, sistemin sınaqdan keçirilməsi, işə salınması və s. məsələlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR