Bank Of Baku

AİB prezidenti Haruhiko Kuroda: “Asiya regionunda vahid valyutanın yaradılması üçün on illərlə vaxt lazımdır”

AİB prezidenti Haruhiko Kuroda: “Asiya regionunda vahid valyutanın yaradılması üçün on illərlə vaxt lazımdır”
# 01 may 2010 11:05 (UTC +04:00)
Hazırda Avropa məkanında avronun tətbiqinin böyük nailiyyət saydığını bildirən AİB rəsmisi qeyd edib ki, bu vahid valyutanın Avropada tətbiqi 1999-cu ildən başlayıb. Lakin bundan öncə, 30 il ərzində avronun regionda tətbiqi üçün işlər görülüb. Nəticədə Fransa, Almaniya kimi ölkələrin iqtisadiyyatı sürtələ inkişaf etməyə başlayıb və ümumiyyətlə Avropa regionunda bir qədər zəif olan ölkələrin iqtisadiyyatı inkişafa doğru yönəlib.

“Hazırda Asiyada da vahid valyutanın tətbiqinə dair danışıqlar aparılır. Lakin Asiyada vahid bazar yoxdur və vahid valyutanın bu regionda tətbiqi üçün öncə məhz ümumi bazar yaradılmalıdır. Ümumiyyətlə isə, Asiyada vahid valyutanın tətbiqi üçün on illərlə işlər aparılmalıdır”.

Qeyd edək ki, 1999-cu ildən beynəlxalq maliyyə bazarlarında avronun hesab valyutası şəklində, 2002-ci ildən etibarən isə banknotları və sikkələri dövriyyəyə buraxılıb. Hazırda avro 16 ölkədə (Avstriya, Belçika, Almaniya, Yunanıstan, İrlandiya, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Finlyandiya və Fransa) rəsmi valyuta hesab olunur. Avro 320 mln. avropalının vahid valyutası sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR