Bank Of Baku

Asiya regionunda iqtisadi artım ilin sonuna 7,5% səviyyəsində olacaq

Asiya regionunda iqtisadi artım ilin sonuna 7,5% səviyyəsində olacaq
# 01 may 2010 11:23 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev – APA-Economics. Cari ilin sonuna Asiya regionunda iqtisadi artımın 7,5% səviyyəsində olacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu mayın 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Asiya İnkişaf Bankının (AİB) 43-cü illik iclasında çıxış edən AİB-in prezidenti Haruhiko Kuroda bildirib.

Onun sözlərinə görə, Asiya regionu qlobal maliyyə böhranının təsirindən tez bərpa oluna bilib: «Ötən il regionun iqtisadiyyatının artımı 5,3% səviyyəsində olub. Bu ilin sonuna Asiyada iqtisadiyyatın artımı 7,5%, 2001-ci ildə isə 7,3% səviyyəsində olacağı proqnozlaşdırılır».

H. Kuroda onu da bildirib ki, stimullaşdırıcı tədbirlər nəticəsində maliyyə böhranının təsirini minimuma endirmək mümkün olub.

AİB-in fəaliyyətindən danışan H. Kuroda həmçinin qeyd edib ki, AİB 2009-cu il ərzində üzv ölkələrinə 16 mlrd. ABŞ dolları məbləğində vəsait ayırıb ki, bu da 2008-ci illə müqayisədə 42% çoxdur.

Qeyd edək ki, AİB 2010-cu ildə Azərbaycan iqtisadiyyatının 9,5%, 2011-ci ildə isə 9,7% artacağını proqnozlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR