Bank Of Baku

Asiya İnkişaf Bankı Özbəkistana 1 milyard dollar kredit ayıracaq

Asiya İnkişaf Bankı Özbəkistana 1 milyard dollar kredit ayıracaq
# 01 may 2010 11:38 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev-APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Özbəkistana 1 mlrd. ABŞ dollarından artıq kredit ayıracaq. «APA-Economics»in məlumatına görə, bu barədə mayın 1-də Daşkənddə keçirilən Asiya İnkişaf Bankının (AİB) 43-cü illik iclasında çıxış edən AİB-in prezidenti Haruhiko Kuroda bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə AİB-lə Özbəkistan hökuməti arasında mikromaliyyə, energetika, nəqliyyat və digər sahələr üzrə kredit sazişləri imzalanacaq. Layihələr üzrə Özbəkistana ayrılan vəsaitin ümumi həcmi 1 mlrd. dollardan artıq olacaq.

H. Kuroda onu da qeyd edib ki, AİB-in siyasətinə əsasən bank infrastruktur, təhsil, maliyyə, səhiyyə, yoxsulluğun aradan qaldırılması kimi sahələr çərçivəsində vəsait ayırmağa üstünlük verir.

Qeyd edək ki, AİB-in 43-cü illik iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir. S.Şərifov H. Kuroda, bankın baş direktoru Xuan Miranda, ölkələr üzrə səsvermə qrupunun direktoru Stefen Sedvik və digər şəxslərlə görüşləri nəzərdə tutulub. Tədbir mayın 4-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR