Bank Of Baku

Haruhiko Kuroda: “Hazırda Çin iqtisadiyyatı Asiyada lider sayılır”

Haruhiko Kuroda: “Hazırda Çin iqtisadiyyatı Asiyada lider sayılır”
# 01 may 2010 12:05 (UTC +04:00)
Daşkənd. Nicat Mustafayev-APA-Economics. Qlobal maliyyə böhranının arxada qalmasına baxmayaraq Asiya regionunun iqtisadiyyatında bir sıra problemlər mövcuddur. «APA-Economics»in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kuroda bildirib.

AİB-in rəsmisi Asiya ölkələrinin inkişaf və problemlərindən danışarkən onu da qeyd edib ki, hazırda Çin iqtisadiyyatı Asiyada lider sayılır. Belə ki, 2009-cu ildə bu ölkədə ÜDM-nin artım tempi 7% olub, 2010-cu ildə iqtisadiyyatın artımı 9,5%, 2011-ci ildə isə 9,9% olacağı proqnozlaşdırılır.

«Ümumiyyətlə, yaxın gələcəkdə Asiya regionunda ÜDM-nin artım tempinə əsasən ölkələrdə daxili istehsalın artması müsbət rol oynayacaq. Biz daxili tələbatın ciddi şəkildə artmasını proqnozlaşdırırıq. Hazırda isə regionun iqtisadiyyatı zəif sürətlə inkişaf etməkdədir. Əsas məqsədimiz böhrandan öncəki artım səviyyəsini bərpa etməkdir», - deyə AİB-in rəsmisi bildirib.

H. Kuroda həmçinin əlavə edib ki, hazırda Asiyada inflyasiya səiviyyəsi də aşağıdır. Bəzi ölkələrdə yüksək olan bu göstəricini isə ölkə hökumətləri pul-kredit siyasətini bir qədər sərtləşdirməklə aşağı salır.

AİB-in maliyyələşdirdiyi layihələrdən danışan H. Kuroda deyib ki, bank ekoloji layihələri dəstəkləyir və bu istiqamətdə işlər aparır: «Lakin bizim üçün Asiya regionunda yoxsulluğun aradan qaldırılması daha aktual sayılır və 2010-cu ildə bu sahəyə çox yer ayrılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR