Bank Of Baku

«Royal Bank» bu il kənd təsərrüfatı sektoruna 2,5 mln. manat kredit ayırıb

«Royal Bank» bu il kənd təsərrüfatı sektoruna 2,5 mln. manat kredit ayırıb
# 03 may 2010 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC tərəfindən bu ilin əvvəlindən indiyədək Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə 2,522 mln. manat həcmində kreditlər verilib. Bunu «APA-Economics»ə açıqlamasında bankın Müşahidə Şurasının üzvü Zaur Fərzəliyev bildirib.

Z.Fərzəliyevin sözlərinə görə, kreditlər ölkənin Gəncə, Qazax, Tovuz, Lerik və Biləsuvar rayonlarında fəaliyyət göstərən sahibkarlara ayrılıb ki, bu da həmin rayonların kənd təsərrüfatının inkişafına müsbət təsir göstərib.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144,606 mln. manat, depozit portfeli 63,746 mln. manat, kredit portfeli 103,598 mln. manat, məcmu kapitalı 21,215 mln. manat, o cümlədən nizamnamə kapitalı 20,622 mln. manat təşkil edib. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR