Bank Of Baku

Azərbaycanın maliyyə naziri Samir Şərifov: «SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması məsələsində ciddi irəliləyiş yoxdur»

Azərbaycanın maliyyə naziri Samir Şərifov: «SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması məsələsində ciddi irəliləyiş yoxdur»
# 03 may 2010 07:38 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

«Məndə olan məlumata görə, parlament hələ müvafiq qanunu qəbul etməyib. Bu da o deməkdir ki, məsələnin həlli hazırda eyni mərhələdədir», - deyə maliyyə naziri vurğulayıb.

Xatırladaq ki, ötən həftə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əmanətlərlə bağlı mövzunun diqqət mərkəzində olduğunu, məsələ ətrafında dövlət qurumları səviyyəsində müzakirələrin aparıldığını qeyd edib və bildirib ki, xüsusi komissiya bununla bağlı işlər aparır.

H.Rəcəbli bildirib ki, əmanətlərin indeksləşdirilməsi və qaytarılması ilə bağlı dünya təcrübəsi öyrənilir. Belə ki, bəzi ölkələrdə əmanətləri 2 min dollara qədər olanlara vəsait ilk mərhələdə, əmanəti 5 minə qədər olanlara isə sonrakı mərhələdə qaytarıblar. Ən iri əmanətlərin ödənilməsi sona saxlanılıb, yaxud verilməyib. Həmin pulun hansı mənbələrdən əldə edildiyi araşdırılaraq təhlil olunub.

Qeyd edək ki, ilkin hesablamalara görə, Azərbaycanda əhalinin sovet dövründə banklara qoyduğu əmanətləri qaytarmaq üçün təxminən 800 mln. ABŞ dolları tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR