Bank Of Baku

Azərbaycanda bank kreditlərinin həcmi artıb

Azərbaycanda bank kreditlərinin həcmi artıb
# 03 may 2010 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının kredit qoyuluşlarının ümumi həcmi 2010-cu ilin aprel ayının 1-nə 8 302 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 264,2 mln. manat və ya 37,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə bankların məcmu kredit portfeli 71,6 mln. manat və ya 0,9% artıb. O cümlədən, yanvarda 17,6 mln. manat həcmində artım, fevralda 87,7 mln. manatlıq azalma, martda isə 141,7 mln. manat həcmində artım baş verib.

Xatırladaq ki, ötən ilin yekunlarına görə, kreditlərin həcmi 17,3% artıb, halbuki ilin ilk üç ayı ərzində 14% səviyyəsində azalma baş verib, sonra isə davamlı artım tendensiyası formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR