Bank Of Baku

Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Yunanıstana ayrılacaq maliyyə yardımının məbləğini açıqlayıblar

Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Yunanıstana ayrılacaq maliyyə yardımının məbləğini açıqlayıblar
# 03 may 2010 08:08 (UTC +04:00)
Bakı – APA-Economics. Avropa İttifaqına (Aİ) üzv olan 16 ölkənin maliyyə nazirləri 110 mlrd. avro həcmində maliyyə yardımı ayrılması haqda razılığa gəliblər.

APA-Economics”in AFP-yə istinadən məlumatına görə, maliyyə nazirlərinin mayın 2-də Brüsseldə keçirilən iclasının yekunları barədə Avropa Qrupunun sədri Jan-Klod Yunker açıqlama verib.

Plana əsasən, 3 il müddətinə verilən kredit iki hissəyə bölünəcək – Yunanıstan 80 mlrd. avronu Aİ-dən, 30 mlrd. avronu isə Beynəlxalq Valyuta Fondundan (BVF) alacaq. Kreditin ilk tranşı Yunanıstan hökumətinə mayın 19-da veriləcək. Bu ilin sonunadək isə Afina 30 mlrd. avro alacaq.

Yunanıstana maliyyə yardımı paketi avrozona üzvü olan ölkələrin parlamentləri və BVF tərəfindən bəyənilməlidir. Mayın 7-də isə Brüsseldə Aİ üzvü olan ölkələrin liderlərinin növbədənkənar sammiti keçiriləcək. Zirvə görüşünün əsas müzakirə mövzusu Yunanıstana maliyyə yardımı ətrafında yaranmış vəziyyət olacaq.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-i 13,6% üstələyib. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. BVF göstərəcəyi yardımın Yunanıstandan ƏDV-ni yenidən qaldırmağı, dövlət qulluqçularına verilən bonusları ixtisar etməyi və onların maaşlarını 3 il müddətinə dondurmağı, müavinətlərin 5% ixtisar olunmasını və pensiya təminatı sistemində islahatlar aparılmasını, bununla da 2011-ci ilin sonuna kimi büdcə kəsirini 10 faiz bəndi azaltmağı tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR