Bank Of Baku

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 20% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 20% artırıb
# 03 may 2010 08:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 166,119 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin aprelin 1-nə olan göstəricidən 19,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 8,1% azalaraq 74,425 mln. manat, o cümlədən əhalinin əmanətləri 16% azalaraq 63,801 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 33,6% artaraq 155,092 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 23,1% artaraq 17,959 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 11% azalaraq 18,015 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 8% artaraq 4,792 mln. manat, xərcləri isə 9,7% artaraq 5,053 mln. manat olub. Nəticədə, bankın zərəri son bir ildə 50,3% artaraq 260 min manata çatıb.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın 16 filialı, 26 bankomatı və 149 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR