Bank Of Baku

İyunda «DəmirBank»ın səhmdarlarının toplantısı keçiriləcək

İyunda «DəmirBank»ın səhmdarlarının toplantısı keçiriləcək
# 03 may 2010 09:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 12-də Azərbaycanın «DəmirBank» ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın İdarə Heyətinin illik hesabatı, xüsusi əhəmiyyətli əqdlərin bağlanması, Audit Komitəsinin tərkibində dəyişikliklərin edilməsi, İdarə Heyətinin yeni üzvünün təyin edilməsi, həmçinin səhmlərin növbəti emissiyasının nəticələrinin təsdiq edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Eyni zamanda, bankın nizamnamə kapitalının artırılması, bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi, bankın Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti haqqında əsasnamələrin yeni redaksiyasının təsdiqi və bankın səhmlərinin formasının dəyişdirilməsi səhmdarların əsas müzakirə predmeti olacaq.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Cari ilin yanvar ayıın 1-nə bankın aktivlərinin həcmi 266,034 mln. manat, depozit portfeli 95,247 mln. manat, kredit portfeli 198,989 mln. manat, məcmu kapitalı 46,587 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,400 mln. manat təşkil edib. Ötən il ərzində bankın ümumi gəlirləri 53,645 mln. manat, xərcləri 48,372 mln. manat, mənfəəti isə 5,274 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR