Bank Of Baku

«Turanbank»ın depozit portfeli son bir ildə kəskin artıb

«Turanbank»ın depozit portfeli son bir ildə kəskin artıb
# 03 may 2010 11:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin aprel ayının 1-nə 119,793 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 49,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit porfeli 2,5 dəfə artaraq 48,394 mln. manata, o cümlədən əhalinin əmanətləri 2 dəfə artaraq 37,052 mln. manata, kredit portfelinin həcmi isə 27,3% artaraq 82,632 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 5,4% artaraq 19,811 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,8% artaraq 18,5 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın ümumi gəlirlərinin həcmi 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,7% artaraq 3,520 mln. manat, xərcləri isə 19,4% artaraq 2,601 mln. manat olub. Nəticədə, bankın yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 0,919 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin I rübünün yekunları ilə müqayisədə 2,9% azdır.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,8%) və 20 fiziki şəxs olan (78,2%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 9 banklımatı və 73 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR