Bank Of Baku

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək
# 03 may 2010 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyul ayının əvvəlində Bakıda Beynəlxalq Sığorta Forumu keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyanın (ASA) icraçı direktoru Qafar Məcidov bildirib.

Q.Məcidovun sözlərinə görə, ASA və Azərbaycan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək forumda yerli sığorta şirkətləri ilə yanaşı xarici sığorta təşkilatlarının nümayəndələri də iştirak edəcək.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR