Bank Of Baku

«Amrahbank» əmanətçilər arasında keçirdiyi «Bahar kampaniyası»nın müddətini uzadıb

«Amrahbank» əmanətçilər arasında keçirdiyi «Bahar kampaniyası»nın müddətini uzadıb
# 03 may 2010 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Amrahbank» ASC qarşıdan gələn «9 May - Faşizim üzərində qələbə» günü və «28 May - Respublika günü» münasibətilə əmanətçilər arasında keçirdiyi «Bahar kampaniyası»nın müddətini may ayının 31-dək uzadıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Bahar kampaniyası» çərçivəsində 4 mln. ABŞ dollarına yaxın əmanət cəlb olunub. Bununla da depozit portfelinin həcmi may ayının əvvəlinə 54,8 mln. dollara çatıb.
Xatırladaq ki, kampaniya çərçivəsində əmanətini 1 il və ya daha uzun müddətə banka yerləşdirən müştərilərə əlavə 3% bonus verilməklə, illik faiz dərəcəsi 16%-ə qədər yüksəlir. Əmanətin 70%-i həcmində kredit xəttinin açılması, pulsuz plastik kartların verilməsi, bankın depozit qutularından və «SMS banking» xidmətindən pulsuz istifadə edilməsi də kampaniyanın şərtlərindən hesab olunur.
Xatırladaq ki, təsisçisi 4 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 81,496 mln. manat, depozit portfeli 38,868 mln. manat, kredit portfeli 44,092 mln. manat, məcmu kapitalı 21,184 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 24 filialı, 18 bankomatı və 50 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR