Bank Of Baku

Apreldə BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 15% artıb

Apreldə BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi 15% artıb
# 03 may 2010 13:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 31 ticarət sessiyasında 44 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 38,824 mln. manat və ya dollar ekvivalentində 48,324 mln. təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 5,933 mln. manat və ya 15,28% çoxdur.

Hesabat ayında həmçinin, Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,197 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,559 mln. dollar təşkil edib.

Eyni zamanda, aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (22,74%), «AGBank» (18,31%) «Bank of Baku» (14,71%), «Paşa Bank» (9,57%) və «Bank Respublika» (9,31%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR