Bank Of Baku

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,01% düşüb

Ötən ay Azərbaycanda dolların birja məzənnəsi 0,01% düşüb
# 03 may 2010 14:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,01% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,8035 AZN-dən 0,8034 AZN-ə düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,8034 AZN-ə bərabər olub. Qeyd edək ki, mart ayında da bu göstərici 0,8034 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən 31 ticarət sessiyasında 13 bankın iştirakı ilə 38,824 mln. manat və ya 48,324 mln. dollar həcmində 44 alqı-satqı əqdi qeydə alınıb. Bu isə mart ayı ilə müqayisədə 15,28% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR