Bank Of Baku

«Expressbank» avqustda çip-kartların emissiyasına başlayacaq

«Expressbank» avqustda çip-kartların emissiyasına başlayacaq
# 03 may 2010 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC «Visa» beynəlxalq ödəniş sisteminin «VSDC çip-kartlarının emissiyası və ATM ekvayrinqi» üzrə sertifikasiya layihəsinə başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında bankın Bank kartları Departamentinin direktoru Teymur Ağakişiyev bildirib.

T.Ağakişiyevin sözlərinə görə, bu ilin avqust ayından etibarən çip-kartların emissiyasına başlanılacaq. «MilliKart» Prosessinq Mərkəzi tərəfindən ilkin olaraq 25 min plastik kart emissiya olunacaq. Kartların 80%-ni debit (SalaryCard), qalanını isə kredit kartları təşkil edəcək.

Qeyd edək ki, hazırda bankın aktiv lokal plastik kartlarının ümumi sayı 21,6 min ədəd təşkil edir.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 139,951 mln. manat, depozit portfeli 11,156 mln. manat, kredit portfeli 28,330 mln. manat, məcmu kapitalı 27,205 mln. manat, o cümlədən nizamnamə kapitalı 25 mln. manata təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı, 20 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR