Bank Of Baku

“Bank of Baku” və Asiya İnkişaf Bankı arasında əlavə revolver müqaviləsi imzalanıb

“Bank of Baku” və Asiya İnkişaf Bankı arasında əlavə revolver müqaviləsi imzalanıb
# 03 may 2010 16:03 (UTC +04:00)
Bakı – APA-Economics. “Bank of Baku” ASC və Asiya İnkişaf Bankı (AİB) arasında ticarətin maliyyələşdirilməsi üçün revolver kredit xətti üzrə 1 mln. ABŞ dolları dəyəri olan əlavə müqavilə imzalanıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kredit bank müştərilərinin post-import və pre-eksport əməliyyatlarında dəstək olmaq üçün istifadə olunacaq.

Bununla yanaşı, “Bank of Baku” və AİB dokumentar tranzaksiyaların təqdim olunması üçün ticarətin maliyyələşdirilməsi üzrə müqaviləni də təzələyib. Bütövlükdə 2007-ci ildən etibarən “Bank of Baku” AİB tərəfindən kiçik və orta sahibkarlığın kreditləşməsi üçün 4 mln. dollar həcmində uzunmüddətli kredit, 2 mln. AZN həcmində ortamüddətli kredit, 2 mln. dollar həcmində ticarətin maliyyələşdirilməsi üçün və 1 mln. dollar həcmində revolver kredit xətti üzrə vəsait alıb.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin yanvar ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 26 bankomatı və 204 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR