Bank Of Baku

«Kövsər Bank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Kövsər Bank» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 04 may 2010 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayının 5-dən etibarən Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış «Kövsər Bank» ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanacaq.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 200 manat, sayı 5 700 ədəd, emissiyanın ümumi həcmi isə 1,140 mln. manat təşkil edir.

«Kövsər Bank» ASC-nin istiqrazlarının yerləşdirilməsində adderayter rolunda «Texnika Kapital Management» şirkəti çıxış edəcək.

Qeyd edək ki, «Kövsər Bank» 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin yanvarın 1-dən «Kövsər Bank»ın aktivlərinin həcmi 17,705 mln. manat, depozit portfeli 3,269 mln. manat, məcmu kapitalı 10,411 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR