Bank Of Baku

Gələn ay «MBASK» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək

Gələn ay «MBASK» sığorta şirkətinin səhmdarlarının toplantısı keçiriləcək
# 04 may 2010 06:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 7-də «MBASK» sığorta şirkətinin səhmdarlarının növbəti iclası keçiriləcək. Şirkətin baş ofisidən «APA-Economics»ə verilən məlumata görə, iclasda şirkətin nizamnamə kapitalının artırılması ilə əlaqədar cəmiyyətin nizamnaməsinə dəyişikliklərin edilməsi, səhmdarlar tərəfindən rəhbər vəzifələrə irəli sürülən və Maliyyə Nazirliyi ilə razılaşdırılmış nazmizədlərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,34 mln. manat, ödənişləri isə 0,98 mln. manat olub. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR