Bank Of Baku

Azərbaycanda pul kütləsinin həcmi artıb

Azərbaycanda pul kütləsinin həcmi artıb
# 04 may 2010 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2010-cu ilin aprelin 1-nə 8 673,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, M3 aqreqatının həcmi yanvar-mart aylarında 2,4% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı 2010-cu ilin yanvar-mart ayları ərzində 0,2% artaraq 6 182,6 mln. manata çatıb:

(mln. AZN)

 

01.04.2009

01.01.2010

01.04.2010

M0 (nağd pullar)

3 304,1

4 174,8

4 312,1

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

4 088,3

5 239,8

5 190,7

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

4 740,9

6 169,2

6 182,6

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

6 397,4

8 469,2

8 673,4



Göründüyü kimi, cari ilin əvvəli ilə müqayisədə pul kütləsinin əksər tərkib hissələri üzrə artım baş verib.

Qeyd edək ki, cari ilin aprelin 1-nə nağd pulun manat pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 69,75% təşkil edib, bu da ötən ilin müvafiq dövrünwy göstəricisindən 0,06 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR