Bank Of Baku

«AFB Bank» filial şəbəkəsini genişləndirir

«AFB Bank» filial şəbəkəsini genişləndirir
# 04 may 2010 09:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin may ayının 15-də Azərbaycanın «AFB Bank» ASC-nin (əvvəlki «Azfinansbank») Bakıda daha bir filialı fəaliyyətə başlayacaq. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filialın ofisi Bakı şəhəri Xəqani küçəsi,21 ünvanında yerləşir.

Bankdan bildirilib ki, yeni filialda müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma kassa-hesabı, cari hesabların açılması, kredit-depozit və pulköçürmə əməliyyatları, həmçinin plastik kartlarla iş və valyuta mübadiləsi xidmətləri göstəriləcək.

Qeyd edək ki, hazırda bankın Bakıda iki və Qəbələdə bir filialı fəaliyyət göstərir.

Xatırladaq ki, səhmdarı «Gilan Holding» Şirkətlər Qrupu olan «AFB Bank» ASC-yə bank fəaliyyəti ilə bağlı lisenziya 2008-ci ilin noyabrın 30-da verilib. Ötən ilin fevral ayında bank rəsmən fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR