Bakı. Vahab Rzayev –
APA-Economics. Azərbaycanın «Bank Nikoil» ASC hüquqi şəxslər və sahibkarlar üçün milli və xarici valyutada hesablaşma-kassa əməliyyatları üzrə yeni tarifləri açıqlayıb. Bankdan «
APA-Economics»ə verilən məlumata görə, nağd pulların çıxarılması üzrə tarif cəmi 0,16% təşkil edəcək.
Ümumilikdə, nağd pulların verilməsinə görə tariflər aşağıdakı səviyyədə müəyyən edilib:
Komissiyanın həcmi | Ödəmənin qaydası və müddəti |
Milli valyutada əməliyyatlar |
Nağd pulların məbləğinin 0,4%-i (hesablar üzrə dövriyyədən asılı olaraq 0,16%-dək azaldıla bilər) | Nağd pulların verilmə günü ödənilir |
Xarici valyutada əməliyyatlar |
Nağd pulların məbləğinin 0,4%-i (hesablar üzrə dövriyyədən asılı olaraq 0,2%-dək azaldıla bilər) | Nağd pulların verilmə günü ödənilir (hesabın valyutasında və ya manatla ödəmə gününə Mərkəzi Bankın məzənnəsi ilə) |