Bank Of Baku

Son bir ildə «Unibank»dakı əmanətlərin həcmi 70% artıb

Son bir ildə «Unibank»dakı əmanətlərin həcmi 70% artıb
# 04 may 2010 11:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Son bir il ərzində «Unibank» ASC-yə fiziki şəxslər tərəfindən yatırılan əmanətlərin həcmi 69% artaraq 117,4 mln. manata çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin aprel ayının sonundan etibarən əhalidən yeni cəlb edilən depozitlərin məbləği 48 mln. manat, həmin dövrdə bank tərəfindən bağlanan depozit müqavilələrinin sayı isə 2 dəfə artıb. Bu zaman əmanətçilərin sayı təqribən 84 min nəfərə çatıb. Təkcə bu il fiziki şəxslərin müddətli depozitlərinin artımı, cari hesablar istisna olunmaqla, 23 mln. manat və ya 30%-ə yaxın təşkil edib.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 347,378 mln. manat, depozit portfeli 145,873 mln. manat, kredit portfeli 220,705 mln. manat, məcmu kapitalı 57,075 mln. manat, o cümlədən nizamnamə kapitalı 30 mln. manat təşkil edib. Hazırda bankın 25 filialı, 64 bankomatı və 244 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR